2023-cü ilin iyulu bütün müşahidələr tarixində ən isti ayı olacaq və fəlakətdən qaçmaq üçün iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görülməlidir.
AzerTimes xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Bu gün Dünya Meteorologiya Xidməti və Avropanın Copernicus təşkilatı 2023-cü ilin iyulunun dünya tarixində ən isti ay olacağını təsdiqləyən rəsmi məlumat yayıb”,- Quterreş bildirib.