Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçkanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib.
AzerTimes xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri məlumat yayıb.
“Andrei Danilkonun ömürlük BƏƏ-yə giriş qadağan edilib. İddialara görə, BƏƏ rəsmiləri bu qərarı sənətçinin 2022-ci ildə Dubayda korporativ tədbirdə çıxışından sonra verib”, – məlumatda bildirilib.
Agentliyin məlumatına görə, qadağaya səbəb etnik ədavətin qızışdırılmasıdır.
Qeyd olunur ki, Danilko Dubayda çıxışı zamanı Ukraynanı dəstəkləyib.