Dünya şöhrətli rəssam Salvador Dalinin məzarı açılıb

Dünya şöhrətli rəssam Salvador Dalinin məzarı açılıb

İspaniyada rəssam Salvador Dalinin məzarı açılıb.  

Rəssamın cəsədi bioloji material və atalığın müəyyən edilməsi məqsədilə ekshumasiya olunub. Tabutun açılması mərasimi Dalinin Fiqerasdakı teatr-muzeyində baş tutub.

“Məhkəmə tibbi ekspertizası Dalinin məzarını məhkəmə prosesi çərçivəsində, atalıq testi aparmaq və DNK analizi götürmək üçün açıb” – deyə mənbə yazır.

Belə ki, falçı Mariya Pilar Abel Martines 2015-ci ildən bu yana iddia edir ki, onun atası Dalidir. Abelin sözlərinə görə, 1955-ci ildə rəssam onun anası ilə sevgi yaşayıb. O zaman Dali Qala kimi tanınan Yelena Dyakonova ilə nikahda olub. Cütlüyün uşaqları olmayıb.

Rəssam 1989-cu ildə 85 yaşında vəfat edib.

salvador dalinin tabutu