Dünya şöhrətli musiqiçi Moldovaya buraxılmadı

Dünya şöhrətli musiqiçi Moldovaya buraxılmadı

Dünya şöhrətli musiqiçi Qoran Breqoviç və onun qrupu Moldovaya buraxılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Gustar” festivalının təşkilatçıları məlumat yayıb.

“Təəssüflə bildirmək istəyirik ki. bizdən asılı olmayan səbəblərə görə, Qoran Breqoviçin qrupu bu gün axşam planlaşdırılan konsertdə çıxış edə bilməyəcək. Kişinyov beynəlxalq aeroportunda olmalarına baxmayaraq, Moldova hökuməti onları ölkəyə buraxmayıb”, – məlumatda qeyd olunub.

Teqlər: