Dünya şöhrətli musiqiçi ilk dəfə Azərbaycana gəlir

Dünya şöhrətli musiqiçi ilk dəfə Azərbaycana gəlir

Dünya şöhrətli musiqiçi Riçard Klayderman ilk dəfə Azərbaycana gəlir.

Kult.az xəbər verir ki, “Dünyanın ən uğurlu pianoçusu” ləqəbli sənətçisi gələn ilin martın 7-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, 270 qızıl və 70 platininum mükafata sahib musiqiçi klassik və pop musiqini birləşdirərək yeni romantik üslub yaradıb. Bu günədək Klayderman 1200-dən çox musiqi əsəri yazıb və ümumi tirajı 90 milyon olan 100-dən çox kompakt-diskin sahibidir. Vaxtının böyük hissəsini konsertlər verməklə keçirən Riçardın 2006-cı ildə əsərlərinin 70 milyon satışı qeydə alınıb. O, “Dünyanın ən uğurlu pianoçusu” kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Teqlər: