Dünya səyahətçisi elektromobili ilə Azərbaycana gəlir

Dünya səyahətçisi elektromobili ilə Azərbaycana gəlir

Dünya səyahətçisi ispaniyalı Rafael de Mestre elektromobili ilə Azərbaycana gəlir.

AzerTimes Report-a istinadla xəbər verir ki, martda marşrutunun ABŞ, Kanada və Çindən keçən hissələrini geridə qoyan səyahətçi Qazaxıstana çatıb və buradakı səfərini başa vurub.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və Bakı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu hadisələr çərçivəsində dünya üzrə elektrik avtomobillər ambassadoru Rafael de Mestrenin Azərbaycana gəlişi simvolik məna daşıyır.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası təşkil etdiyi mətbuat konfransında Rafael de Mestre öz layihəsini təqdim edəcək və jurnalistlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, ispaniyalı Rafael de Mestre’nin dünya miqyasında bir ekoloju tanıtım turu olan “80 E-Gün” layihəsi 2012-ci ildə elektrik avtomobili ilə dünya səyahətinə çıxdığı zamandan başlayıb. 2016-cı ildə 80 günlük səyahət layihəsinin “Elduro” adlanan ikinci hissəsi baş tutub. Bu il yenilənmiş bir marşrutla layihə davam etdirilir. Rafael de Mestre müxtəlif ölkələrə səyahətinin məqsədi yerli təşkilatlar, jurnalistlər və elektromobil həvəskarları ilə qarşılıqlı əlaqə qurmaq, ekoloji nəqliyyat haqqında bilik mübadiləsi aparmaq və şarj infrastrukturunun inkişafını təşviq etməkdir.

Teqlər: