Bütün dünya Rusiyanı danışıqlar masası arxasında görmək istəyirsə, Ukrayna buna qarşı çıxa bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Le Monde”yə müsahibəsində deyib.
“Əksər ölkələr kimi inanıram ki, noyabrda keçiriləcək ikinci sülh sammitində Rusiya nümayəndələri iştirak etməlidir, əks halda biz həyati nəticələr əldə edə bilməyəcəyik. Mən onların birgə plan hazırlamağımıza mane olmalarını istəmirəm. Əgər dünya onları danışıqlar masası arxasında görmək istəyirsə, buna mane ola bilmərik”, – deyə Zelenski bildirib.