Tarixə Ermənistan diplomatiyasının iflası, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi kimi düşən məşhur Münhen debatından1 il ötür. Hələ o zaman, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Münhen şəhərində keçirilən panel müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi qətiyyəti, tarixi faktlara əsaslanan çıxışı Böyük Qələbəyə az zaman qaldığının mesajını vermişdi.
Bu fikirləri AzerTimes-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, tarixi debatda Prezident İlham Əliyev təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqları olduğunu, işğalçı dövlət tərəfindən zəbt edildiyini dünyaya bəyan etdi. Dövlət Başçımız İlham Əliyevin işğalçı ölkənin yalanlarını ifşa edərək, Ermənistan hakimiyyətinə tarix və siyasət dərsi keçməsi, Nikol Paşinyanın ittihamlara məntiqsiz, cəfəngiyatla, yalanla dolu çavabları dünya içtimaiyyətinin gözündən qaçmadı. Ermənistanın hökumət başçısının tarixdən xəbəri olmaması, Xocalı soyqırımında mənşəyi bəlli olmayan qəzet nömrəsindəki yazı ilə Azərbaycanı günahlandırmağa çalışması Paşinyanı gülünc vəziyyətə saldı. Prezident İlham Əliyevin Qarabağ, eləcə də ətraf bölgələrdəki Azərbaycan ərazilərinə dair erməni iddialarının əsassız olduğunu düzgün şəkildə ortaya qoyması Azərbaycanın haqlı olduğunun nümayişi oldu.
Hər iki ölkə rəhbərlərinin debatı sayəsində dünya siyasətçiləri, içtimaiyyəti Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin də, dünya görüşünün də Paşinyandan qat-qat üstün olduğunu göstərdi. Bu müşakirələr Ermənistanın daxilində və xaricində Paşinyanın sərt tənqid olunmasına səbəb oldu, işğalçı ölkənin ictimai-siyasi gərginliyi daha da dərinləşdirdi.
15 fevral Münhen debatı Paşinyanın gülünc vəziyyətə düşməsi, Ermənistanın diplomatik məğlubiyyəti günü kimi də tarixə düşdü. Eyni zamanda tarixi debat Prezident İlham Əliyevin Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi qətiyyətinin, ölkəmizin prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinin, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunun gösəricisi oldu.
Hər zaman verdiyi vədə sadiq qalan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər Sərkərdəsi kimi möhürünü vurdu, Ermənistanın işğalçı siyasətini darmadağın etdi. 17 ildə danışıqlar prosesində, beynəlxalq tribunalardan Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edən ölkə Prezidentimiz Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşasına nail oldu, diplomatik sferada üstünlük əldə etdi, 30 il müddətində davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoymağı bacardı.
Bu gün Ali Baş Komandanın beynəlxalq kürsülərdən qürurla səsləndirilən “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı reallığa çevilib, “dəmir yumruq” əməliyyatı “böyük Ermənistan” mifini darmadağın edib.
Bəli, dünya sadəcə “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” deməklə kifayətlənməyən, bütün siyasi, diplomatik bacarığını və təcrübəsini səfərbər edərək, bu şüarı həyata keçirən Prezident İlham Əliyevin sözü ilə əməlinin vəhdət təşkil etdiyinin şahidi oldu.