Dünya onların diktaturasından xilas olur – Putin

Dünya onların diktaturasından xilas olur – Putin

Dünya başqalarını iqtisadi əsarətə salan ölkələrin diktaturasından xilas olur.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Maliyyə Təhlükəsizliyi üzrə III Beynəlxalq Olimpiadada çıxışı zamanı deyib.

“Dünya yavaş-yavaş bu cür maliyyə-iqtisadi modelin diktaturasından qurtulur, onun məqsədi yalnız borc, əsarət, iqtisadi müstəmləkələrə çevrilmək və dünyanın bütün regionlarını inkişaf üçün resurslardan məhrum etməkdir”, – Putin söyləyib.

O, belə bir gələcəyin az adamın arzulayacağını vurğulayıb:

“Və buna görə də, bəşəriyyətin əksəriyyəti üçün daha demokratik, dürüst və ədalətli olan çoxqütblü dünya nizamının qurulması prosesi sadəcə olaraq qaçılmazdır və tarixən zəruridir”.

Teqlər: