Son bir həftə ərzində dünyada koronavirusa 12 milyon yoluxma
qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 7 faiz
çoxdur.
AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) bildirib.
Eyni zamanda, bu müddət ərzində 32 min nəfərin ölümü qeydə
alınıb. ÜST bildirir ki, yoluxma sayından fərqli olaraq ölüm
hallarının sayında azalma müşahidə olunub.
Qeyd edək ki, ÜST-ün Avropa regional bürosu koronavirus
məhdudiyyətlərinin aradan qaldırılmasına görə bir sıra ölkələrin
tələsdiyini bildirmişdi.
Büronun məlumatına görə, hazırda Avropanın 18 ölkəsində yoluxma
sayında artım qeydə alınır.