Dünya nüvə müharibəsi astanasındadır – Roma Papası

Dünya nüvə müharibəsi astanasındadır – Roma Papası

Dünya nüvə müharibəsinin astanasındadır.

AzerTimes xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.

O, ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

“Dünyamız hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, – deyə Papa Fransisk vurğulayıb.

Teqlər: