Dünya neft bazarında hazırda neft çatışmazlığı müşahidə
olunmur.
Trend-in
məlumatına görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo “Bloomberg” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, neft qiymətlərindəki hazırkı dalğalanma
Rusiyanın neft ixracına tətbiq oluna biləcək mümkün sanksiyalarla
bağlı investorların narahatlığı ilə əlaqəlidir.
“Sizi əmin edə bilərəm ki, hazırda neft çatışmazlığı yoxdur.
Amma neft bazarında dünyanın ikinci ən böyük karbohidrogen
ixracatçısı olan Rusiyanın təmin etdiyi 7 milyon barel/sutka neftin
əvəz olunması ilə bağlı narahatlıq var. Bununla belə, hazırda dünya
bazarında təklif kifayət səviyyədədir”, – deyə o bildirib.
M.Barkindo əlavə edib ki, Rusiyanın baş nazir müavini Aleksandr
Novakla daimi təmasdadır. Onun sözlərinə görə, Rusiya rəsmisi
ölkənin OPEC+ sazişi öhdəliklərinə sadiq qaldığını bildirib.
(Tərcümə: Orxan Nəbiyev)