NATO üzvləri bir yerdə toplandı

NATO üzvləri bir yerdə toplandı

Bu gün Brüsseldə NATO-nun dövlət və hökumət başçılarının zirvə toplantısı işinə başlayır. Toplantıda 28 üzv dövlətin rəsmiləri iştirak edəcək. İclas NATO-nun yeni qərargahında keçiriləcək. Qərargahın təhvil-təslsim mərasimi ilə başlayacaq toplantı, liderlərin şam yeməyi ilə yekunlaşacaq.

Zirvə toplantısının əsas gündəmi terrorizmlə mübarizə yolları, müdafiə xərclərinin artırılması, yükün paylaşılması olacaq.

Toplantıda Azərbaycanın ən yaxın qonşusu olan Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. Ondan başqa iclasa qatılacaq liderlər arasında Fransanın yeni prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, İngiltərə baş naziri Teresa Mey, Donald Tramp və başqaları işltirak edəcək.

Bəzi məlumatlara görə, bu toplantıda NATO-nun İŞİD-a qarşı koalisiyaya qatılıb-qatılmayacağı da müəyyən ediləcək. Bu məsələ ilə bağlı tərəddüdlü ölkələr olsa da, yekun qərarın müsbət olacağı gözlənilir.