Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, bu növ üzrə finala Boryana Kaleyn (Bolqarıstan, 27.050 xal), Darya Trubnikova (Rusiya, 26.100 xal), Lala Kramarenko (Rusiya, 25.800 xal), Aleksandra Acurcukuleze (İtaliya, 25.300 xal), Milena Baldassarri (İtaliya, 25.200 xal), Linoy Aşram (İsrail, 25.000 bal), Fanni Piqnitski (Macarıstan, 24.400 xal) və Andrea Verdes (Rumıniya, 24.150 bal) çıxıblar.

Azərbaycanlı gimnastlar Zöhrə Ağamirova və Arzu Cəlilova müvafiq olaraq 23.000 xal (17-ci yer) və 21.650 xal yığaraq (30-cu yer) finala çıxa bilməyib.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: