Dünya Kubokunda Azərbaycan gimnastlarından layiqli çıxış gözləyirik – Azərbaycan Gimnastika Federasiyasının baş katibi

Azərbaycan gimnastlarından Bakıda keçirilən kişi və qadın idman
gimnastikası üzrə FIG Dünya Kubokunda layiqli çıxış gözləyirik.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş
katibi Nurlana Məmmədzadə deyib.

“Kişi idman gimnastikasında Azərbaycanı beş idmançı, qadın idman
gimnastikasında iki idmançı təmsil edir. Kişi gimnastlar əvvəlki
Dünya Kuboklarının finalçılarıdır. Qeyd edim ki, 2022-ci ildən
başlayaraq idmançılar yeni proqramlarla çıxış edirlər. Yeni
Olimpiya dövründə qaydalar dəyişdiyi üçün gimnastlar öz
proqramlarını bu qaydalar əsasında nümayiş etdirir”, – deyə o
bildirib.

Baş katib qeyd edib ki, Dünya Kuboku dörd gün ərzində davam
edəcək.

“Yarışların ilk iki günündə təsnifat mərhələləri, son iki gündə
isə final mərhələsi keçiriləcək. Ənənəyə uyğun olaraq yarışların
sonunda ən yüksək icra xalına görə idmançılara Azərbaycan
Gimnastika Federasiyasının “AGF Trophy” kuboku təqdim olunacaq.

Bundan başqa, bu il müxtəlif ölkələrdə idman gimnastikası üzrə
Dünya kubokları keçirilib, Bakıdakı yarışlar isə sonuncu
mərhələdir. Dörd mərhələnin ən yaxşı üç nəticəsini nəzərə alaraq
Beynəlxalq Gimnastika Federasiyası idmançılar FIG Kubokunu təqdim
edəcək”, – N.Məmmədzadə deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: