Dünya Kuboku xalçası Təbrizdə toxundu – Foto

Dünya Kuboku xalçası Təbrizdə toxundu – Foto

Qətərdə keçiriləcək Futbol üzrə Dünya Kubokunun xalçası Təbrizdə toxunub.

AzerTimes İRNA-ya istinadla xəbər verir ki, xalça 12 dizayner, toxucu və boyaqçının səyi ilə hazırlanıb.

Dünya çempionatının simvollarını əks etdirən 6 güşəli xalçada 3,5 milyon ilmə mövcuddur. Futbol əfsanələrinin təsvirləri və iştirakçı ölkələrin bayraqlarının əks olunduğu xalça böyük peşəkarlıqla ərsəyə gətirilib.

Bu xalçanın müəllifi əsərin incəliyi və daşıdığı anlamına işarə edərək bildirib:

“Dünya Kuboku xalçası dünya sülhünün mesajıdır və onun toxunması üçün keçmiş dövrlərdə Dünya Kuboku ilə bağlı əsas məlumatları özündə etdirir. Ənənəvi xalça motivlərindən istifadə edilib, onun rənglənməsi üçün istifadə olunan boyalar təbii bitkilərdən əldə olunub”.

Teqlər: