Dünya Kuboku: 8 şahmatçımız qələbə qazandı

Dünya Kuboku: 8 şahmatçımız qələbə qazandı

Bakıda şahmat üzrə Dünya Kubokunda ilk raundun birinci görüşləri başa çatıb.

AzerTimes xəbər veirr ki, birinci oyun günündə 15 şahmatçımız mübarizəyə qoşulub.

Azərbaycan şahmatçılarından Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Mİsrəddin İskəndərov, Vüqar Əsədli, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva ilk partiyalarını qələbə ilə başa vurub.

Vasif Durarbəyli, Nicat Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, Gülnar Məmmədova heç-heçə oynayıb. Məhəmməd Muradlı və Xanım Balacayeva yarışa məğlubiyyətlə başlayıb.

Teqlər: