Dünyanın ən böyük iqtisadi gücünə sahib ölkələrdə artan quraqlıq, tufan və yağış fırtınaları 2050-ci ilə qədər qlobal iqtisadiyyata 5,6 trilyon dollara başa gələ bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilir ki, bu il leysan yağışlarına görə Çin və Cənubi Koreyanın şəhərlərini su basıb. Hindistanda isə buna görə su və elektrik təchizatı kəsilib. Avropada isə quraqlıq fermer təsərrüfatlarını təhlükə altına alıb. Belə fəlakətlər dünya iqtisadiyyatına yüz milyardlarla dollar ziyan vurur.
Hesablamalara əsasən, dünyada ən böyük iqtisadiyyatı olan ABŞ-ın 2050-ci ilə qədər itkiləri 3,7 trilyon dollar ola bilər, ona qədər ABŞ-ın ümumi daxili məhsulunun ildə təxminən 0,5% azalacağı gözlənilir. Dünyanın 2-ci iqtisadi gücü olan Çin isə əsrin ortalarına qədər təxminən 1,1 trilyon dollar zərərlə üzləşə bilər.