Dünya ictimaiyyəti Xocalı faciəsinə bənzər hadisələrin gələcəkdə
bir daha təkrarlanmaması üçün bütün səylərini göstərməlidir.
Trend-in
məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin
bəyanatında deyilir.
“Qazaxıstan səfirliyi Xocalı faciəsinin 30-cu ildönümü ilə
əlaqədar qardaş Azərbaycan xalqına səmimi qəlbdən başsağlığı verir.
Azərbaycan xalqının kədərini və ağrısını bölüşür, həlak olmuş
günahsız insanların əziz xatirəsini ehtiramla yad edirik. Dünya
ictimaiyyəti Xocalı faciəsinə bənzər hadisələrin gələcəkdə bir daha
təkrarlanmaması üçün bütün səylərini göstərməlidir”, – bəyanatda
deyilir.