Xəbər - Ləman Zeynalova – Trend:
Erməni terrorçunun Daşaltı kəndində azərbaycanlı hərbçilərin və rusiyalı sülhməramlıların olduğu posta hücumu misli görünməmiş terror aktıdır.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
“Terrorçuluq və revanşizm erməni cəmiyyətində bir çox forma və təzahürə malikdir. Faciəvi faktlardan biri də odur ki, demokratik dünyada, Avropada, ABŞ-da beynəlxalq subyektlər Yerevan administrasiyası tərəfindən Azərbaycanın günahsız dinc sakinlərinə və Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarını mühakimə etmir”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti və cəmiyyəti tərəfindən erməni terrorçuların alqışlanması ciddi amildir və beynəlxalq ictimaiyyət bununla mübarizə aparmalıdır.
“Erməni terrorçuluğu Los-Anceles, Paris, Berlin küçələrində yayılıb. Təəssüf ki, iri dövlətlərin diqqəti “yaşıl iqtisadiyyat”a və ekoloji problemlərə yönəlib, amma məsələ çoxəsrlik erməni terrorçuluğuna çatanda ABŞ və Aİ qanunvericiləri susqunluğu qorumağa üstünlük verir. Yerevan isə cəzasız qalmaqda davam edir, eyni zamanda terrorçuluq aktlarının maliyyələşdirilməsi, xüsusilə də ASALA terror təşkilatına maliyyə köməyi və siyasi dəstək göstərilməsi davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri çox yaxşı təchiz olunub və terror hücumları ilə mübarizədə peşəkarlığın ən yüksək səviyyəsini təcəssüm etdirir” – deyə, ekspert sözlərini bitirib.
(Tərcümə: Orxan Nəbiyev)