ABŞ və Çin hərbi fəlakətin bir addımlığındadır.
AzerTimes-ın məlumatına görə, bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.
Məqalənin müəllifləri 2001-ci ilin aprelində ABŞ-ın “EP-3” kəşfiyyat təyyarəsinin Cənubi Çin dənizində Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) “J-8II” qırıcısı ilə toqquşması zamanı baş vermiş hadisəni xatırladıblar. Daha sonra ABŞ təyyarəsinə ciddi zərər dəyib və təyyarə Haynan adasına icazəsiz eniş edib. Burada Çinin təhlükəsizlik qüvvələri təyyarənin 24 heyət üzvünü saxlayıb və dindirib.
Məqalədə deyilir ki, 20 ildən sonra Konqres və KİV çətin ki, ABŞ-a Çinlə güzəştə getməyə imkan versin. Məqalə müəlliflərinin fikrincə, Pekin də kəskin insident baş verdiyi halda güzəştə getməyə hazır deyil.
Böhran vəziyyətləri üzrə ekspert Çjan Tuoşenin sözlərinə görə, Çin və ABŞ arasında havada qəzaların qarşısının alınması üzrə fikir ayrılıqları mövcuddur.