Dünya gözləyirdi, Ərdoğan Bakıdan bu mesajları verdi

Dünya gözləyirdi, Ərdoğan Bakıdan bu mesajları verdi

Türkiyədə prezident seçkilərindən sonra ilk dövlət səfərini Azərbaycana gerçəkləşdirməsi nəzərdə tutulan qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıdan hansı mesajları verəcəyi beynəlxalq medianın diqqət mərkəzində idi.

AzerTimes xəbər verir ki, bu, Ərdoğanın Azərbaycana səfərinə dünya mediasının xüsusi yer ayırmasından da görünürdü.

Ərdoğan Bakıdan məhz dünyanın gözlədiyi bəyanatları verdi:

– Şuşada Türkiyə Baş Konsulluğunun açılması

Ərdoğan bunun həm də “dünyaya bir mesaj” olacağını açıq şəkildə elan etdi. Yəni Türkiyənin Cənubi Qafqaz siyasəti daha geniş miqyasda, daha böyük ölçüdə davam edəcək;

– Zəngəzur dəhlizi

Ərdoğan Bakıda məhz “dəhliz” sözündən istifadə etdi və bunun prioritetlər arasında olduğunu bildirdi;

– Qarabağ

Ərdoğan dedi ki, 20 il əvvəl Bakını və indi də Qarabağı düşünürəm.

Qarabağ – Türkiyənin prioritetləri içindədir. Kimsə Qarabağ və sərhəddə hansısa oyun qura bilməz!

– Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq

Ərdoğan başqalarının qibtə etdiyi Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyi ismarışını verdi;

İlham Əliyevin qarşılığı vardı: Azərbaycan-Türkiyə birgə universiteti, Azərbaycan Ordusunun Türkiyə modelində inkişafının davam etməsi…

Bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan bildirdi ki, Azərbaycan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşünü Ərdoğanın Bakı səfərinə görə təxirə salıb.

Ərdoğan böyük heyətlə Bakıya gəlib və heyətdə Hakan Fidan da var. Bu, Hakan Fidanın XİN başçısı kimi Bakıya ilk səfəridir.

Hakan Fidan Ceyhun Bayramovla ilk görüşünü keçirdi.

Yəni Ərdoğan yeni nazirlərini özü ilə gətirdi, təqdim etdi: Prezidentlər görüşdü və nazirlərə tapşırıqlar verildi…

Teqlər: