El Nino təbiət hadisəsi səbəbindən dünya aclıq, quraqlıq və malyariya təhlükəsi altındadır.
AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığında qeyd olunub.
“Biz naməlum sahəyə daxil oluruq. Hava getdikcə istiləşdikcə təsirlərin daha da pisləşməsi ehtimalı var”, – ÜST rəsmisi Kris Hyuit bildirib.
Qeyd edək ki, El Nino hər üç-səkkiz ildən bir baş verən və 8-10 ay davam edən, şərq ekvatorial Sakit okeanının sularında istiləşmə ilə əlaqəli bir fenomendir. Əsasən intensiv yağışlar səbəbindən intertropik və ekvatorial zonada saysız-hesabsız və ciddi ziyanlara səbəb olur. Tədqiqatçıların fikrincə, yüksək temperaturla birlikdə bu cür hadisələr insan sağlamlığına, eləcə də qida təhlükəsizliyinə təsir göstərə bilər.