Dünya əhalisinin sayı 8 milyarda çatdı

Dünya əhalisinin sayı 8 milyarda çatdı

Yer kürəsinin əhalisi rəsmi olaraq 8 milyard nəfərə çatıb və artmaqda davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Countrymetrics.info portalında məlumat verilib.

Yer kürəsində kişi əhalisinin sayının 4 milyarddan bir qədər çox, qadınların sayının isə hələ də 3,9 milyard olduğu bildirilib.

Bundan başqa 2022-ci ildə dünya sakinlərinin ölümünə səbəb olan 3 ən böyük xəstəliyin də siyahısı hazırlanıb.

Bunlar ürək xəstəliyi (5.6 milyon), insult (4.2 milyon) və kəskin aşağı tənəffüs yollarının infeksiyalarıdır (2.1 milyon).

Teqlər: