Xəbər - Elçin Mehdiyev – Trend:
Ermənistan beynəlxalq normalara zidd olaraq minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
C.Bayramov bildirib ki, Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə həmin əraziləri ölü ərazilərə çevirmək məqsədilə minalayıb: “Bu gün Ermənistan minalanmış ərazilərin xəritəsini gizlədir, bütün beynəlxalq normalara zidd olaraq onu Azərbaycana təqdim etməkdən imtina edir. Dünya dövlətləri buna səssiz qalmamalıdır”.