Madriddə keçiriləcək NATO sammitində Rusiyanın artıq Alyansın tərəfdaşı deyil, təhlükəsizliyə və sülhə təhdid olduğu açıqlanacaq.
AzerTimes xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Dünya dəyişsə, NATO da dəyişəcək. Dünya daha təhlükəli vəziyyətə gəlib. Biz bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, bizim təhlükəsizliyimiz, sülh və sabitliyimiz üçün təhdiddir. Bəyanatda Çin də yer alacaq. Çinin yüksəlişi bizim maraqlarımıza, dəyərlərimizə və təhlükəsizliyimizə meydan oxuyur”, – Stoltenberq bildirib.