“Qızıl top”un təltifetmə mərasimində “Lev Yaşin” mükafatının qalibi açıqlanıb.
AzerTimes xəbər verir ki, bu titula dünya çempionu Argentina millisinin qapıçısı Emiliano Martinez sahib çıxıb.
Tədbirdə “Sokrates kuboku”nun da qalibi müəyyənləşib. Mükafatın budəfəki sahibi İspaniyanın “Real” klubunun braziliyalı hücumçusu Vinisius Junior olub.
Qeyd edək ki, 2022-ci ildə “Lev Yaşin” mükafatını Tibo Kurtua qazanıb.