Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen son turda rusiyalı Yan Nepomnyaşini məğlub edərək ölkəsində keçirilən turnirin qalibi olub.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata əsasən, 10 turun nəticələrinə görə, Karlsen 19,5 xal toplayıb. İkinci və üçüncü yerlərdə fransız Alireza Firouzdja və macar Rixard Rapport qərarlaşıblar.
Stavanger turniri sentyabrın 7-dən 17-dək keçirilib. Birinci yeri tutan Karlsen daha əvvəl – 2016, 2019 və 2020-ci illərdə bu turnirin qalibi olub.