Xəbər - Cani Babayeva – Trend:
Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında qazanılan
təcrübə gələcəkdə bizə çox kömək edəcək.
Bunu Trend-ə
azərbaycanlı gimnastlar Sabir Ağayev və Mehriban Salamova
deyib.
“Mən çıxışımızdan razı qaldım. Hesab edirəm ki, bizim əməyimiz,
məşqlərimiz boşuna keçmədi və biz təsnifatda yaxşı nəticə
göstərdik”, – M.Salamova deyib.
“Mən də proqramı təqdim etməyimizdən razıyam. Əlbəttə, çatmalı
olduğumuz hədəflər var. Çempionatda iştirakımızı nəzərə alaraq, öz
proqramımızı yaxşılaşdırmağa və təkmilləşdirməyə çalışacağıq”, –
S.Ağayev deyib.
Gimnastlar əlavə edib ki, dünya çempionatından sonra may ayında
Portuqaliyada keçiriləcək Dünya Kubokuna hazırlaşacaqlar.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.
4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.
Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.
Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.
(Tərcümə: Orxan Nəbiyev)