Dünya çempionatı: Şahmatçılarımız mübarizəyə başladı

Dünya çempionatı: Şahmatçılarımız mübarizəyə başladı

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında mübarizəyə başlayıb.

AzerTimes xəbər verir ki, turnirdə kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edir.

İlk gündə rapid növündə beş tur oynanılıb. Kişilərdən ibarət yığmanın lideri Məmmədyarov yarışa 3 qələbə, 2 heç-heçə ilə başlayıb. Durarbəyli 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, Süleymanlı 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Əsədli 4 qələbə, 1 heç-heçə, Muradlı 3 qələbə, 2 məğlubiyyət, Qədimbəyli və Məmmədov isə hərəyə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) yarışır.

Teqlər: