Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.
AzerTimes xəbər verir ki, millimiz 1/8 finalda Portuqaliya ilə üz-üzə gəlib.
G qrupunda hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər. Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər.
Millimiz 1/4 finalda Bolqarıstan – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də olacaq.