Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.
AzerTimes xəbər verir ki, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar.
Yarımfinalda Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib. Onların finaldakı rəqibləri, müvafiq olaraq, gürcüstanlı Nika Broladze və moldovalı Aleksandru Slovey olacaq.
60 kq çəki dərəcəsindəki Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmaili ilə bacarmayıb. O, bürünc medal uğrunda yarışacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın yunan-Roma güləşçilərindən Nihad Quluzadə (57 kq) final, Laçın Vəliyev isə bürünc medal görüşlərinə çıxacaqlar.