Dünya çempionatı Azərbaycana verilmədi

Dünya çempionatı Azərbaycana verilmədi

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.

AzerTimes xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin mətbuat xidmətinin yaydığı məlumatda əksini tapıb. Belə ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda baş tutacaq.

Yarışa ev sahibliyi etmək üçün Serbiya və Azərbaycanla yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 – 24 sentyabrda keçirilməsi planlaşdırılır.

Teqlər: