Dünya bazarlarında təbii qaz və neft cüzi ucuzlaşdı

Dünya bazarlarında təbii qaz və neft cüzi ucuzlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,32% azalaraq 2,02 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,02% azalaraq 1 barelə görə 43,14 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,07% azalaraq 41,08 dollar təşkil edib.