Dünya bazarlarında neftin qiyməti rekord həddə çatıb.
Trend xəbər verir ki, “Brent” markalı neftin qiyməti 2008-ci
ildən ilk dəfə bir barel üçün 130 dolları həddini keçərək 2012-ci
ildəki 128 dollar göstəricisini ötüb. Belə ki, Bakı vaxtı ilə
3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara
çatıb. Maksimal qiymət 130,89 dollar olub.
Ümumilikdə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti
9,35% artaraq 129,06 dollar/barelə bərabər olub. WTI (“Qərbi
Texas”) markalı neftin aprel fyuçersləri isə 9,68% artaraq 126,12
dollar təşkil edib