Dünya bazarlarında buğda kəskin bahalaşır

Dünya bazarlarında buğda kəskin bahalaşır

Rusiyanın taxıl sazişindən çıxması və Ukrayna limanlarına hücumun qlobal tədarüklərə uzunmüddətli təsir göstərəcəyi ilə bağlı artan qorxular fonunda Çikaqo buğda fyuçerslərində qiymətlər 1,6% artıraraq üç həftənin ən yüksək səviyyəsinə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə “Trading Economics” məlumat yayıb.

“Ötən gün Çikaqoda buğda üçün sentyabr müqavilələrinin kotirovkaları 8,5% artıb ki, bu da 2012-ci ildən bəri ən yüksək gündəlik göstəricidir. Çikaqo Ticarət Birjasında ən aktiv buğda müqavilələri buşel (27.216 kq) üçün 7,39 dollara yüksəlib. İyunun 27-dən etibarən bazar maksimuma həddə çatıb. Paris birjasında buğdanın qiymətləri də bahalaşıb – 8% artım”, – məlumatda deyilir.

Teqlər: