Dünya Bankının rəhbəri koronavirusa yoluxub

Dünya Bankının (DB) prezidenti Devid Malpasın COVID-19 testi
müsbət çıxıb.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, bu barədə D.Malpasın bankın
əməkdaşlarına ünvanladığı məktubda deyilir.

Məlumata görə, DB rəhbərində koronavirusun yüngül simptomları
müşahidə olunur və o, özünütəcrid qaydalarına uyğun olaraq,
fəaliyyətini evdən davam etdirir.

66 yaşlı Devid Malpasın tam peyvənd kursunu qəbul etdiyi
bildirilir.