Dünya Bankından Türkiyəyə 35 milyardlıq dəstək…

Dünya Bankından Türkiyəyə 35 milyardlıq dəstək…

Dünya Bankı Türkiyəyə dəstəyini 17 milyarddan 35 milyard dollara çatdırıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

“Dünya Bankı ilə güclü əməkdaşlığımız çərçivəsində növbəti 5 illik dövr üçün maliyyə əməkdaşlığı proqramı yaradılıb. Əldə olunan razılaşmaya əsasən, ilk 3 ildə Türkiyəyə əlavə 18 milyard dollar maliyyə ayrılacaq. Sözügedən məbləğin 6 milyard dollarını Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, 9 milyardını isə Beynəlxalq Maliyyə Korporasiyası təmin edəcək.

Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi tərəfindən ayrılacaq 3 milyard dolların təxminən üçdə ikisinin isə özəl sektorun inkişafına yönəldilməsi nəzərdə tutulur”, – nazir bildirib.

Teqlər: