Dünya Bankı (DB) Ukraynanın əsas dövlət xidmətlərinin
fəaliyyətini təmin etmək üçün ona iqtisadi yardım göstərmək üçün 3
milyard dollardan çox vəsait səfərbər edib.
AzerTimes-ın məlumatına görə, bu barədə kredit təşkilatının
prezidenti Devid Malpas Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya
Bankının rəhbər orqanlarının yaz sessiyasında müzakirələr zamanı
deyib.
“Biz hazırda Ukrayna üçün əsas dövlət xidmətlərinin fəaliyyətini
davam etdirmək üçün 3 milyard dollardan çox səfərbər etmişik”, –
deyə o bildirib.
DB rəhbərinin sözlərinə görə, bu, ABŞ, Böyük Britaniya, Norveç,
Danimarka, Avstriya, Latviya, Litva, İslandiyadan xüsusi fonda
təmənnasız ianələr, həmçinin Böyük Britaniya, Niderlanda və İsveçin
zəmanətləri və Yaponiyadan parallel maliyyələşdirmə hesabına həyata
keçirilib.