Dünya Bankı Ukraynaya 200 milyon dollar əlavə maliyyə yardımı ayırıb

Dünya Bankı Ukraynaya həssas əhali qrupuna daxil olan insanlara
sosial xidmətləri gücləndirmək üçün ötən həftə təsdiqlənmiş 723
milyon dollardan əlavə olaraq 200 milyon dollara yenidən
proqramlaşdırılmış maliyyə yardımı ayırıb.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında
yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, sözügedən yardım yaxın aylarda Ukrayna üçün
nəzərdə tutulan 3 milyard dollarlıq dəstək paketinin bir
hissəsidir.

Dünya Bankının prezidenti David Malpass bildirib ki, bank
Ukraynaya ehtiyaclarını ödəmək üçün 6-8 həftə ərzində 3 milyard
dollarlıq dəstək paketini yekunlaşdırmağa ümid edir.