Dünya Bankı Ukraynaya 1,5 milyard dollar məbləğində yardım verəcək

Dünya Bankı Ukraynada əhaliyə dövlət xidmətlərinin
göstərilməsinə dəstək məqsədilə 1,5 milyard dollar məbləğində
yardım ayırıb.

Trend-in
məlumatına görə, bunu Dünya Bankının prezidenti Devid Melpas
deyib.

O bildirib ki, qurumun donor ölkələri həmin məbləğin Ukraynaya
təqdim olunmasına razılıq verib.

Bundan başqa, Moldova üçün də 100 milyon dollar məbləğində
yardım nəzərdə tutulub.