Dünya Bankı Ukrayna üçün 232 milyon dollar ayırdı

Dünya Bankı Ukrayna üçün 232 milyon dollar ayırdı

Dünya Bankı ukraynalılara zədələnmiş mənzilləri təmir etməkdə yardım göstərmək üçün vəsait ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, layihənin ilkin maliyyələşdirilməsi 232 milyon dollardır. Dünya Bankının yeni layihəsinə əsasən, Ukraynada 100 mindən çox ailənin mənzili təmir ediləcək.

Qeyd edək ki, Ukraynanın yaşayış sektoruna dəyən zərərin ümumi dəyəri 50 milyard dollardan çox qiymətləndirilir.

Teqlər: