Dünya Bankı Mərakeşə 100 milyon dollar kreditin ayrilmasını təsdiqləyib.
Trend Sinxua agentliyinə istinadən xəbər verir ki, kredit ekoloji fəlakətlərlə mübarizə tədbirlərini gücləndirmək üçün verilir.
Qərarla bağlı məruzədə Dünya Bankının Məqrib ölkələri üzrə direktoru Cesko Hentçel bildirib ki, Mərakeş təbii fəlakətlərdən qorunma tədbirlərini güçləndirdiyi təqdirdə ölkə iqtisadiyyatına ildə 800 milyon dollardan çox vəsaiti qənaət edə biləcək.
Ayrılan kredit daşqınlardan mühafizə infrastrukturları, erkən xəbərdarlıq sistemləri, təhlükələrin xəritələşdirilməsi və bu sahədə potensialın artırılmasına investisiya ediləcək.