İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşüb.
AzerTimes-ın məlumatına görə, bunu M.Cabbarov “Twitter” hesabında yazıb.
Görüşdə Dünya Bankı ilə azad edilmiş ərazilərin bərpası üzrə yeni layihələr müzakirə edilib:
“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklla görüşümüzdə birgə həyata keçirilən layihələrin icra vəziyyətini, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə bankla əməkdaşlıq imkanlarını və yeni layihələri müzakirə etdik”.