Dünya Bankının (DB) Direktorlar Şurası Əfqanıstanın dondurulmuş
vəsaitindən 1 milyard dollardan çox məbləği bir sıra agentliklər və
humanitar yardım təşkilatlarına köçürmək qərarına gəlib.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə DB saytında
yerləşdirilimiş bəyanatda deyilir.
“Əfqanıstanın Yenidənqurma Fondunun donorlarının və beynəlxalq
ictimaiyyətin müraciətinə cavab olaraq DB Direktorlar Şurası bu gün
əfqanlara dəstək üçün genişləndirilmiş yanaşmanı təsdiqləyib. 1
milyard dollardan çox vəsait Əfqanıstanın Yenidənqurma Fondundan
BMT-nin seçilmiş qurumlarına və beynəlxalq qeyri-hökumət
təşkilatlarına yönəldiləcək”, – bəyanatda deyilir.
Sənəddə deyilir ki, bu vəsait Taliban hərəkatının yaratdığı
Əfqanıstanın müvəqqəti hökumətinin nəzarətindən kənar qalacaq.
Vəsaitlər müxtəlif proqramlara, o cümlədən təhsil, kənd təsərrüfatı
və səhiyyəyə yönəldiləcək.