Dünya Bankı “Doing Business” reytinqinin nəşrini bərpa edə bilər.
Bunu AzerTimes-a Dünya Bankının vitse-prezidenti Mats Karlsson deyib.
O bildirib ki, reytinqin mümkün nəşri məsələsi Bankın rəhbərliyi səviyyəsində müzakirə olunacaq.
Xatırladaq ki, Dünya Bankı 2018 və 2020-ci illər üzrə hesabatların tərtibində saxtakarlıq faktlarının üzə çıxdığı “Doing Business” reytinqinin nəşrini dayandırıb. Dünya Bankının daxili auditində qeyd olunur ki, söhbət Çin, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Səudiyyə Ərəbistanından gedir. Qiymətləndirmə işləri zamanı məlum olub ki, Azərbaycanla bağlı məlumatlar süni şəkildə azaldılıb, ölkədə həyata keçirilən bəzi islahatlar isə hesabatda əksini tapmayıb.
Məlumatların saxtalaşdırılması ilə əlaqədar Dünya Bankı kənardan auditor şirkəti (WilmerHale) cəlb edib və son beş ilin qiymətləndirilməsi aparılıb. Nəticədə 2017 və 2019-cu illərdə nəşr olunmuş “Doing Business 2018” və “Doing Business 2020” hesabatlarında məlumatların dəyişdirilməsi ilə bağlı pozuntular aşkar edilib.