Dünya Bankı Azərbaycanda yol layihəsi üçün kredit ayırmağı planlaşdırır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Bu barədə AzerTimes-a Dünya Bankından bildiriblər.

Qeyd olunub ki, bankın Direktorlar Şurası mayın 20-də “Regional əlaqələrin inkişafı” adlı yol layihəsini müzakirə edəcək. Bu layihə çərçivəsində 65 milyon dollar vəsaitin verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2001-ci ildən etibarən Dünya Bankı Azərbaycanda magistral yolların rekonstruksiyası üçün 1,1 milyard dollar məbləğində kredit ayırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: