Xəbər - Ləman Zeynalova – Trend:
2022 və 2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımı müvafiq olaraq 3,1 və 2,7 faiz təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının hesabatında deyilir.
Qeyd edək ki, bankın iyun hesabatında bu proqnozlar müvafiq olaraq 3,9 və 3,6 faiz səviyyəsində idi.
Hesabata əsasən, 2021-ci ildə Azərbaycanın ÜDM-i 5 faiz artıb. 2020-ci ildə isə bu göstərici 4,3 faiz azalma nümayiş etdirmişdi.
Qeyd olunur ki, Azərbaycanın iqtisadi artımı 2010-2019-cu illərin orta göstəricisindən yüksək qalır. Bu, əsasən qeyri-enerji sektorunun inkişafı, investisiyaların artımı və enerji sektorunun OPEC+ kvotalarına uyğun stabil artımı, eləcə də təbii qaz daha yüksək hasilat səviyyəsi sayəsində mümkün olub.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)