Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ildə Azərbaycanın sənaye sektorunda 2,8 faiz artım proqnozlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bu barədə Dünya Bankının “Avropa və Mərkəzi Asiya iqtisadiyyatının icmalı” hesabatında deyilir.
Proqnoza əsasən, 2022 və 2023-cü illərdə Azərbaycanda sənaye sektorunun artımı müvafiq olaraq 3,3 və 2 faiz səviyyəsində olacaq.
Eyni zamanda, Dünya Bankı növbəti 3 il ərzində Azərbaycanda kənd təsərrüfatı sektorunun artımını proqnozlaşdırır.
Hesabatda qeyd olunur ki, ölkədə kənd təsərrüfatı 2021-ci ildə 2,5 faiz, 2022-2023-cü illərdə 3,2 faiz artacaq.