Dünya Bankı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim etdi (FOTO)

Azərbaycan hökuməti ilə Dünya Bankı Qrupu (DB) arasında
əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində DB-nin Cənubi
Qafqaz üzrə İnsan Resurslarının Inkişafı təcrübə Proqram Qrupunun
rəhbəri Ahmet Levent Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş keçirilib.

Səhiyyə Nazirliyindən AzerTimes-a bildirilib ki, qonaqları
salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, səhiyyə
sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir.
Onun sözlərinə görə, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq
ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi
əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu
sahədə Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Sonra Dünya Bankının nümayəndələri “Azərbaycanda Rəqəmsal
Səhiyyə Ekosisteminin Qiymətləndirilməsi: 2022-2026-cı illər üçün
Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının
hazırlanması” layihəsi çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin
inkişafı ilə bağlı təkliflərini təqdim etdilər.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin
Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında
texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə
etdilər.

Teqlər: